Azərbaycanda elektromobillərin şarjı neçəyə başa gəlir?

4 Noyabr 2024 23:31

Ölkəmizdə elektromobillərin sayı artır, yeni enerji doldurma məntəqələri yaradılır.

Bəs elektrik mühərrikli avtomobillərin şarjı neçəyə başa gəlir?

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, sürücülər deyirlər ki, Bakıda 120-150 kilovatlıq stansiyalar quraşdırılıb. Tam şarj üçün ümumi qiymət isə avtomobilin növü və batareyasının həcminə görə dəyişir.

Sürücülərin ən çox üstünlük verdikləri stasiyalar isə 150 vatlıq olanlardır. Belə ki, bu, onlara vaxta qənaətə imkan verir.

Onlar deyir ki, Tarif şurasının enerji doldurma stasiyaları ilə bağlı standrat tarifi yoxdur. Müqayisə üçün bir neçə şirkətlə əlaqə saxladıq. Bildirİldi ki, qiymət özəl şirkətlərin özləri tərəfindən tənzimlənir. Onların kilovata görə, qiyməti isə 27-30 qəpik arasında dəyişir.

"Azərişıq" ASC-nin enerji doldurma məntəqələrində isə 1 kilovatı 23 qəpik təşkil edir.

Qurumdan "Xəzər Xəbər"ə verilən məlumata görə, təkcə son bir neçə gün ərzində Bakının müxtəlif ərazilərinə 20-yə yaxın enerjidoldurma məntəqələri quraşdırılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun