Azərbaycanda toy yasa qarışdı: tanınmış həkim qızının şad günündə ÖLDÜ

4 Noyabr 2024 20:28

Toyda ölüm hadisəsi baş verib.

Milli.Az titul.az-a istinadla xəbər verir ki, hadisə Şəkidə baş verib.

Rayonun tanınmış həkimlərindən olan Leyla Şıxəliyeva bacısı qızının xoş günündə dünyasın dəyişib.

O, toyda xeyir-dua verdikdən sonra rəqs etmək istəyərkən yerə yıxılıb. Təcili yardım gələnə kimi isə o artıq dünyasın dəyişib.

Beləcə, toy yasa qarışıb. 

Milli.Az