"Mən sizin hamınızın prezidenti olacağıma söz verirəm"

4 Noyabr 2024 17:10

Xəbər verdiyimiz kimi Moldovanın hazırkı prezidenti Maia Sandu prezident seçkilərində Aleksandr Stoyanoqlo üzərində 10 faizə yaxın fərqlə qalib gəlib.

Milli.Az xəbər verir ki, Sandu qalib gəldikdən sonra mətbuat konfransı keçirib.

Sandu gecə keçirdiyi mətbuat konfransında "Məni dəstəkləyənlərin və cənab Stoyanoqloya səs verənlərin səsini eşitdim. Mən sizin hamınızın prezidenti olacağıma söz verirəm.Cəmiyyətin birləşməsinə ehtiyacımız var " sözlərini deyib.

Stoyanoqlo da həmçinin tərəfdarlarını "rəqəmlər nə olursa olsun, sakit olmağa, hökumətyönlü media və qeyri-hökumət təşkilatlarını isə süni şəkildə düşmənçiliyi gücləndirməyə son qoymağa" çağırıb.

Nərmin Mahmudova
Milli.Az