"Bu bölgədə 7,2 bal gücündə zəlzələ gözlənilir" - Türkiyəli seysmoloq açıqladı

4 Noyabr 2024 18:33

Türkiyəli seysmoloq  Prof. Dr. Ahmet Ercan 7,2 bal gücündə zəlzələ gözlədiyi yeri açıqlayıb.

Milli.Az xəbər verir ki, Şimali Anadolu Kırığını işarə edən Ercan, bu hissədə 7,2 bal gücündə zəlzələnin gözlənildiyini bildirib.

Ercan paylaşımında  "Şimal-Qərbi Egeydəki Haldiiki yarımadasının cənub qolunda M5.3 zəlzələsi Şimali Anadolu Kırığında baş verib. Bu hissədə gözlənilən zəlzələ M7-M7.2. bal gücündə olacaq. Lakin nə zaman olacağını biz bilmirik".

Qeyd edək ki, dünən axşam saatlarında Egey dənizində 5,3 bal gücündə zəlzələ baş verib. Saat 20.03-də baş verən zəlzələnin dərinliyi 6.45 kilometr olub.

Nərmin Mahmudova
Milli.Az