Qəhvənin heç vaxt məlum olmayan faydası

12 Noyabr 2024 01:01

Qəhvə içənlərə şad xəbər. Son tədqiqatlar kofeinin miqdarının ürək çatışmazlığı və insult kimi xəstəliklərlə əlaqəli olmadığını aşkar etsə də, qəhvə içməyin yeni bir faydası da ortaya çıxıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, yeni bir araşdırma, qandakı kofein səviyyələrinin orqanizmin yağ faizinə təsir edə biləcəyini və bu, tip 2 diabet və ürək-damar xəstəlikləri riskini təyin edə biləcəyini tapıb.

İsveçdəki Karolinska İnstitutundan və İngiltərədəki Bristol Universitetindən və London İmperial Kollecindən olan tədqiqat qrupu yüksək kofein səviyyələrinin orqanizm yağını və 2-ci tip diabet riskini azaltdığını göstərib.

Araşdırmada kofein səviyyələri ilə bədən kütləsi indeksi (BMI) və tip 2 diabet riski arasında əhəmiyyətli bir əlaqə tapılıb, kofeinin miqdarı isə atriyal fibrilasiya, ürək çatışmazlığı və insult kimi ürək-damar xəstəlikləri ilə əlaqəli olmadığı ortaya çıxıb.

"Qısamüddətli təcrübələr göstərir ki, kofeinin qəbulu çəki və yağ kütləsinin azalmasına gətirib çıxarır, lakin kofeinin uzunmüddətli təsiri hələ məlum deyil", - tədqiqatçılar bildirib.

Milli.Az