Həbsdə olan Əlizamin Salayev aclıq aksiyasını dayandırdı

4 Noyabr 2024 15:46

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü Əlizamin Salayevdən xəbər var.

Milli.Az "Unikal"a istinadən xəbər verir ki, Ə.Salayev aclıq aksiyasını dayandırıb.

Qeyd edək ki, o, oktyabrın 30-da aclıq aksiyasına start vermişdi.

Xəbəri Penitensiar Xidmətdən sayta təsdiqləyiblər.

Milli.Az