Anasını evdə başqa kişiylə tutduğuna görə öldürüb - Bakıdakı dəhşətli cinayətin TƏFƏRRÜATI - FOTO

4 Noyabr 2024 22:10

22:10

Bakının Xəzər rayonunda baş vermiş dəhşətli qətlin təfərrüatı məlum olub.

Məlumata görə, 20 yaşlı Sadiq Eyyublu aralarında yaranan mübahisə zamanı anası 40 yaşlı Zəminə Eyyublunun əvvəlcə ayağına bıçaqla xəsarət yetirib, daha sonra isə qadının boynunu qıraraq onu qətlə yetirib.

Qətlə yetirilən qadının qonşuları baş vermiş hadisə ilə bağlı Baku TV-yə danışıblar.

"Böyük oğlu həbsdədir. Əsgərlikdən gələndən sonra həbsxanaya düşdü. Amma bu oğlanın pis bir işini görməmişdim. Elə yaxşı uşaq idi ki. Psixoloji problemi olduğunu deyə bilmərəm. Elə olsaydı, qonşularla davası olardı", - deyə qonşulardan biri deyib.

----------
14:59

Xəbər verdiyimiz kimi, Bakıda dəhşətli cinayət hadisəsi baş verib. Hadisə noyabrın 3-ü saat 23 radələrində Şüvəlanda qeydə alınıb.

Milli.Az xəbər verir ki, Yardımlı rayon sakinləri, 20 yaşlı Sadiq Beybudlu kirayədə yaşadığı Şüvəlan qəsəbəsindəki evdə anası, 1984-cü il təvəllüdlü Zəminə Beybudlunun ayağına bıçaqla xəsarət yetirib, sonra boynunu sındıraraq öldürüb.

Daha sonra anasının tanışı 1985-ci il təvəllüdlü Elvin Allahverdiyevin əlinə taxta parçası ilə xəsarət yetirib.

Milli.Az-ın əldə etdiyi məlumata görə, dəhşətli cinayət hadisəsinə səbəb 20 yaşlı Sadiqin anasını evdə başqa kişi ilə tutması olub. Anasını öldürdükdən sonra S.Beybudlu həmin şəxsi - Elvin Allahverdiyevi də yaralayıb.

Oğlu tərəfindən qətlə yetirilən Zəminə Beybudlunun qohumlarının sözlərinə görə, o, ilk ailəsindən ayrılıb və Sadiq Beybudlu da onun ilk evliliyindən olan övladı olub.

Azərbaycanda milyardlıq cinayət işi - TƏFƏRRÜAT

Mehman Əsədov
Milli.Az