Xəbər verdiyimiz kimi, Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
Cabbar Hafiz oğlu Musayevin dosyesi
1981-ci il yanvar ayının 10-da Naxçıvan şəhərində anadan olub.
Türkiyə Respublikasının Ankara şəhərində ali təhsil almış, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. İqtisad üzrə fəlsəfə doktorudur. 2004-2013-cü illərdə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyində böyük məsləhətçi, sektor müdiri vəzifələrində işləyib, 2013-2016-cı illərdə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış Yüksək Texnologiyalar Parkı MMC-nin direktor müavini vəzifəsində çalışıb.
2016-cı ilin aprel ayının 18-dən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin aparat rəhbəri vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 iyun tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.
Evlidir, iki övladı var.
Milli.Az