Qəzzada ölənlərin sayı 43 mini ötdü

4 Noyabr 2024 13:55

Qəzza zolağında hücumlarda 43 min 314 mülki vətəndaş həyatını itirib.

Milli.Az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə,  7 oktyabrdan bəri Qəzza zolağında həyata keçirilən hücumlarda 43 min 314 mülki vətəndaş həyatını itirib, 102 min 19 mülki vətəndaş isə yaralanıb.

Qeyd olunub ki, İsrail ordusu dünən Qəzzanın şimalında Şelayil və əl-Gəndur ailələrinə məxsus binaları bombalayıb. 170 mülki şəxsin olduğu binalara edilən hücumlarda 50-si uşaq olmaqla azı 84 nəfərin həyatını itirdiyi, onlarla insanın yaralandığı bildirilib.

Nərmin Mahmudova
Milli.Az