19:18
Bir neçə gün əvvəl təbaşir yeməsi ilə gündəmə gələn aparıcı Aytən Səfərova tənqidlərə cavab verib.
Axşam.az xəbər verir ki, aparıcı "@axsamaz" instaqram səhifəsində ünvanına yazılanlara belə reaksiya verib:
"Əcəb edirəm, səhifə mənimdir nə istəyirəm paylaşıram. Sən kimsən ki, mənə göstəriş verirsən? İndiki zəmanədə hər kəslə başa düşdükləri dildə danışmaq lazımdır. Mən hələ çox yumşaq yazmışam.
-----------
Aparıcı Aytən Səfərova sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aparıcı təbaşir yediyi görüntüləri izləyiciləri ilə bölüşüb.
"Heç vaxt düşünməzdim ki, bunu edəcəyəm. Görəndə həmin insanları az qala lağa qoyurdum. Amma, doğrudan da, bəzən orqanizmi dinləyəndə aptekdəki dərmanı yox, məhz bunu tapıb qəbul etmək məcburiyyətindəsən. Sizcə, bu, nədir? Siz indiyədək "əndirəbadi" nə yemisiniz?" deyə, o, paylaşımında yazıb.
Aytənin görüntüləri müzakirə yaradıb.
Milli.Az