İsrail BMT agentliyi ilə əməkdaşlığı dayandırır

4 Noyabr 2024 11:45

İsrail Birləşmiş Millət Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) ilə əməkdaşlığa son verib.

Milli.Az xəbər verir ki, bu barədə İsrailin BMT-də daimi nümayəndəsi Denni Danon açıqlayıb.

O qeyd edib ki, BMT-nin sözügedən təşkilatı HƏMAS-ın təsiri altına düşüb.

"Qəzzadakı BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi HƏMAS-ın nəzarətindədir. İsrail humanitar təşkilatlarla əməkdaşlığı davam etdirəcək, lakin İsrailə qarşı terroru təşviq edən təşkilatlarla deyil", - o bildirib.

Nərmin Mahmudova
Milli.Az