Ağsuda kişi yeznəsinə qayçı ilə xəsarət yetirdi

4 Noyabr 2024 09:38

Ağsuda kişi yeznəsinə qayçı ilə xəsarət yetirib.

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, 03.11.2024-cü il tarixində saat 19 radələrində Ağsu şəhəri, H.Əliyev prospekti ev 33 ünvanında Fərzalıyev Qalib Əlirza oğlu və Şirinov İlqar Durqardaş oğlu arasında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Q.Fərzalıyev qoyunların yunlarının təmizlənməsi üçün istifadə olunan qayçı ilə yeznəsi İlqar Şirinova qəsdən bir dəfə zərbə vuraraq sonuncuya ağır bədən xəsarətləri yetirib.

Qalib Fərzalıyev şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Ağsu RPŞ-nın İstintaq bölməsində Azərbaycan Respublikası CM-nın 126.1-ci maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istindataq aparılır.

Milli.Az