İspaniyanın Valensiya bölgəsində böyük fəsadlara səbəb olan sel fəlakətində ölənlərin sayı 217-ə yüksəlib.
Milli.Az xəbər verir ki, İspaniyanın baş naziri Pedro Sançez 30 mindən çox insanın xilas edildiyini bildirsə də, hələ də çox insanın itkin olduğunu bildirib.
Bu səbəbdən Valensiyaya daha 10 min təhlükəsizlik işçisi göndərməyə qərar verilib.
Sançez "İndiyə qədər evləri, yolları və 30 mindən çox insanı xilas etdik amma yardımların bir çox nöqtəyə çatması çox vaxt aparır, hələ də evləri, qarajları və bələdiyyələri su altında qalan çoxlu çarəsiz insanlar var" sözllərini deyib.
Nərmin Mahmudova
Milli.Az