İraqda zəlzələ oldu

3 Noyabr 2024 23:33

İraqın Neynəva (Nineviya) bölgəsində 4,2 bal gücündə zəlzələ qeydə alınıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi məlumat yayıb.

Yerin 13,17 km dərinliyində meydana gələn təkanlar Türkiyənin Hakkari vilayətinin Çukurca ilçəsində də hiss edilib.

Qeyd edək ki, bundan öncə Yunanıstan sahillərində də 5,3 maqnitudalı güclü zəlzələ baş vermişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun