Vinisiusdan "Real"la bağlı gözlənilməz qərar

3 Noyabr 2024 22:53

Vinisius Juniorun "Real Madrid" klubunda gələcəyi şübhə altındadır. 

Milli.Az Offsideplus.az-a istinadən bildirir ki, braziliyalı hücumçu rəhbərliyin yeni müqavilə təklifini geri çevirib. Futbolçunun "Kral klubu"ndakı gələcəyi qeyri-müəyyəndir. 

Qeyd edək ki, Vinisiusun "Real"la sözləşməsinin müddəti 2027-ci ilə qədərdir. O, 2018-ci ildən Madrid klubunda çıxış edir. 

Oyunçunun "Transfermarkt"dəki dəyəri 200 milyon avro civarındadır. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun