3 yaşlı uşağın mədəsindən 101 maqnit kürə çıxartdılar - FOTO

3 Noyabr 2024 22:33

Vladivostokdakı (Rusiya) 1 saylı Regional Uşaq Xəstəxanasının əməkdaşları üç yaşlı uşağın mədəsindən bir-birinə yapışan 101 maqnit kürə çıxarıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə TASS-a regional Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

"Yardım 1 saylı Regional Uşaq Xəstəxanası tərəfindən göstərilib. Uşaq tam qaydasındadır. Cərrahi müdaxilə olmasaydı, kürələr mədə boyunca sərbəst hərəkət edə və yolları tıxaya bilərdi", - məlumatda bildirilib.

Qeyd olunub ki, maqnitləri bir neçə mərhələdə çıxarmaq lazım gəlib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun