Britaniya kralından qardaşına sərt addım

3 Noyabr 2024 18:54

Böyük Britaniya kralı III Çarlz kiçik qardaşı şahzadə Endryuya illik texniki ödənişlərin dayandırılmasını əmr edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

İndi York hersoqu bundan sonra şəxsi xərcləri üçün 1 milyon funt-sterlinq (təxminən 2.1 milyon manat - red.) eləcə də təhlükəsizlik üçün əlavə vəsait almayacaq.

Bildirilir ki, kral şahzadə Endryunun Vindsordakı "Royal Lodge" adlı iqamətgahından köçməsini istəyir.

Milli.Az