ABŞ-də gəlinin ermənicə and içməyi gündəm oldu - bəy göz yaşlarına hakim ola bilmədi - VİDEO

3 Noyabr 2024 00:31

ABŞ-da erməni gəncin ailə qurduğu amerikalı (əslən Filippindəndir) toyda ermənicə and içib.

Milli.Az axar.az-a istinadən bildirir ki, görüntüləri "USA Tuday" yayıb.

Məlum olub ki, Mişel adlı qız həyat yoldaşı erməni Şahanın erməni sevgisini bilərək, gizli şəkildə 4 ay erməni dilini öyrənib. Və toy günü andiçməni ermənicə edib. Bu isə bəyi kövrəldib.

Mişel deyib ki, ailədə mümkün qədər çox ermənicə danışacaq və erməni dili biliklərini təkmilləşdirəcək. O, həmçinin nikahaqədər olan Ayla adlı qızlarını da ermənicə tərbiyə edəcəyini bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun