Aparıcı Lətafət Ələkbərova ARB kanalında fəaliyyətə başlayıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, o, "Kəndsayağı" adlı proqramla efirə qayıdıb. Lətafət verilişi aktyor Məcid Hüseynovla birlikdə aparır.
Proqram həftənin bazar günü efirə gedir. Verilişdə məşhurlara kənd həyatı yaşadılır.
Qeyd edək ki, Lətafət bundan əvvəl MTV-də çalışıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun