"Mançester Yunayted"in yeni baş məşqçisinin tələbi gündəm oldu - 70 milyonluq futbolçu...

2 Noyabr 2024 19:14

"Mançester Yunayted"in yeni baş məşqçisi Ruben Amorimin heyətində görmək istədiyi futbolçu bəlli olub. 

Milli.Az Offsideplus.az-a istinadən bildirir ki, mütəxəssis "Sportinq"in müdafiəçisi Usman Diomandenin "qırmızı şeytanlar"a keçidini istəyir. Bu barədə "Sun Sport" nəşri məlumat yayıb. 

20 yaşlı futbolçunun transfer dəyəri 70 milyon avrodur. O, Fil Dişi Sahili millisinin üzvüdür. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun