Bakıda çoxmərtəbəli binada yanğın olub.
Milli.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Bakı şəhərinin Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 1930 m² (1-ci mərtəbəsi 1100 m², zirzəmisi 830 m²) olan mağazanın zirzəmisində 20 m² sahədə məişət və taxta tullantıları yanıb.
Zirzəmi və mağaza yanğından mühafizə olunub.
Yanğınsöndürənlər tərəfindən yanğın söndürülüb.
Milli.Az