Xameneinin müşaviri: "Ekzistensial təhlükə yaranarsa, İran nüvə doktrinasını dəyişəcək"

2 Noyabr 2024 14:40

Dünən İranın ali rəhbərinin müşaviri və Xarici Əlaqələr üzrə Strateji Şuranın sədri Kamal Xərrazi İsrailin hücumlarına cavab olaraq deyib ki, Tehran Təl-Əvivə uyğun vaxtda və lazımi şəkildə cavab verəcək.

Milli.Az xəbər verir ki, "Azad İran" "Telegram" kanalı bu barədə "Əl-Məyadin"ə istinadən xəbər yayıb.

"İran üçün təhlükə yaranarsa, nüvə doktrinasında dəyişiklik hələ də mümkündür. Nüvə silahı istehsal etmək üçün texniki imkanlarımız var və bizi dayandıran yeganə maneə ölkənin ali rəhbərinin fətvasıdır", - deyə Xərrazi vurğulayıb.

O, İranın raket siyasətində dəyişikliklərə də toxunub.

Xameneinin müşaviri əlavə edib ki, İran raketlərin uçuş məsafəsini artırmaqla raket proqramını da genişləndirəcək.

Milli.Az