Azərbaycan taksi bazarına yeni şirkət daxil olub.
Milli.Az xəbər verir ki, şirkət artıq ilkin versiyada fəaliyyətə başlayıb. Taksi kimi istifadə olunan nəqliyyat vasitələri "Tesla" markalı elektrik mühərriklə təchiz olunmuş avtomobillərdir.
Şirkətdən Milli.Az-a verilən məlumata görə, hazırda ilk mərhələ olduğuna görə, maşınların sayı məhduddur.
Bu avtomobilləri xüsusi təlimlər keçmiş və aidiyyatı üzrə lisenziyaları olan sürücülər idarə edir.
Yaxın zamanlarda avtomobillərin sayının artırılması planlaşdırılır.
İnqilab Məmmədov
Milli.Az