Yeraltının "duzlu" möcüzəsindən FOTOREPORTAJ

2 Noyabr 2024 12:28

Duzdağ Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu ərazisində yerləşir. Dağın hündürlüyü 1153,8 metrdir. Bu dağ həm coğrafi, həm də turistik əhəmiyyətə malikdir.

Duzdağ mineral mənbələri ilə məşhurdur, burada olan duz mədənləri müalicəvi xüsusiyyətləri ilə tanınır. Təbii ehtiyatlarının 90 milyon ton olması ehtimal edilir. Sənaye üsulu ilə Duzdağdan 1927-ci ildən başlayaraq duz çıxarılıb.

1979-cu ildə qədim duz mədənlərinin bazasında yaradılan Duzdağ Fizioterapiya Mərkəzində hazırda bronxial-astma və ağciyər-bronx sisteminin digər qeyri-spesifik xəstəliklərindən əziyyət çəkən insanlar müalicə olunurlar. Yer altındakı duz dağının qalınlığı 8,2 metrə bərabərdir.

Oksigen və zəngin duz minerallarının yaratdığı hava ağciyər xəstəlikləri - bronxial-astma və bu kimi xroniki xəstəliklərin müalicəsində xüsusi rol oynayır. Havanın temperaturu isə sabitdir - 18-20 dərəcə, nisbi rütubət 24-50 faiz arasında dəyişir. Duzun tərkibindəki zəngin minerallar və kimyəvi elementlər də orqanizmə müsbət təsir göstərir.

Trend Duzdağ mağaralarından fotosessiyanı təqdim edir:

Milli.Az