Sudanda epidemiya: Ölənlərin sayı 852-ə çatdı

2 Noyabr 2024 12:50

Sudanda vəba epidemiyasından ölənlərin sayı 852-yə yüksəlib.

Milli.Az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) 3,4 milyon uşağın xəstəlik riski altında olduğunu açıqlayıb.

Açıqlamada, Sudanda iyun ayından bəri təsirli olan daşqınların vəba xəstəliyinin yayılmasına səbəb olduğu bildirilib. Sudan Silahlı Qüvvələri (SAF) ilə Çevik Dəstək Qüvvələri (RSF) arasında 2023-cü ildə başlayan qarşıdurma ölkədə humanitar ehtiyacları artırıb. Ölkədə münaqişədən sonra məcburi miqrasiya minlərlə ailəni didərgin salsa da, təxminən 25 milyon insanın humanitar yardıma ehtiyacı olduğu təxmin edilir.

Nərmin Mahmudova
Milli.Az