Salyanda avtomobil aşdı: Bir ailənin üzvləri xəsarət aldılar

2 Noyabr 2024 10:59

Salyanda baş verən yol-nəqliyyat hadisəsində bir ailənin dörd üzvü xəsarət alıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Hyundai" markalı avtomobil anidən idarəetməni itirərək yolun kənarına aşıb.

Qəza nəticəsində avtomobildə olan bir ailənin üzvləri, Masallı rayon sakinləri, 1987-ci il təvəllüdlü Könül Ərəstun qızı Bağırova, 1989-cu il təvəllüdlü Elşən Ərəstun oğlu Bağırov, 1993-cü il təvəllüdlü Pərvin Vüqar qızı Bağırova və 2023-cü il təvəllüdlü Ruqayyə Elşən qızı Bağırova müxtəlif dərəcəli xəsarətlər alıbıar.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az