Tarixi əsərdə günümüzün problemi - FOTO

2 Noyabr 2024 10:23

Vatikan şəhərində yerləşən, intibah dövrünün ən vacib memarlıq nümunələrindən biri olan, Papa III. Sixtus tərəfindən 1475-1483-cü illərdə inşa edilmiş Sikstin Kapellasındakı dünya şöhrətli rəssam Mikelancelo tərəfindən çəkilmiş fresko ilə bağlı yeni araşdırma aparılıb.

Milli.Az dailymail-ə istinadla xəbər verir ki, Mikelancelonun katolik kilsəsi üçün mühüm dini mərasimlərin keçirildiyi Sikstin Kapellasının tavanındakı "Daşqın" əsəri ilə bağlı aparılan araşdırmalarda məlum olub ki, rəssam dövrümüzün geniş yayılmış xəstəliyi olan qadın xərçəngini öz əsərində əks etdirməyə çalışıb. Şəklə diqqətlə baxdıqda, bunu aydın görmək mümkündür.

Qeyd edək ki, Mikelancelo'nun "Daşqın" "Yaradılış" kitabından olan hekayəni təsvir edir. Bu freskodakı əsas mövzu Nuhun daşqınından qaçışdır, burada insanlığın günahları səbəbindən baş verən bir təbii fəlakət göstərilir. Mikelancelo bu kompozisiyada insanlar arasında gərginlik və panika hissini ustalıqla ifadə edir, eyni zamanda, fəlakət zamanı qarşılıqlı yardımı da əks etdirir​. Freskonun kompozisiyası dörd fərqli hissəyə bölünür: sağda insanlar sığınacaq axtarır, solda dağdan yuxarı qalxan insanlar var, mərkəzdə isə qayıq batmağa yaxınlaşır. Arxa planda, Nuhun gəmisi olan arka tikmək üçün insanlar çalışır. Mikelancelo, freskodakı kiçik və sıx qruplarla insanın fəlakət içindəki kədərini ön plana çıxarır​.Mikelancelo bu əsəri 1508-1512-ci illər arasında işləyib.

İsmayıl
Milli.Az