"Bu, Rusiyanın maraqlarına uyğun deyildi" - Medvedev

2 Noyabr 2024 09:28

"Rusiya Vaşinqtonun təklif etdiyi modeldən imtina etdiyi andan ABŞ ilə münasibətlər pisləşməyə başlayıb".

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Russia Today" (RT) televiziyasına müsahibəsində deyib.

"Bizə belə bir model təklif edildi: "Bizimlə yaxşı münasibət qurmaq istəyirsizsə, sizə dediyimizi etməlisiz". Onda biz qərara gəldik ki, bu qədər bəsdir. Bu, Rusiya Federasiyasının maraqlarına uyğun deyildi, biz amerikalılarla mübahisə etməyə başladıq", - Medvedev bildirib.

Onun sözlərinə görə, Rusiya ilə ABŞ arasında ilk ciddi fikir ayrılıqları 2008-ci ildə Gürcüstanda baş verən münaqişə səbəbindən yaranıb.

Milli.Az