“Harrisin qələbəsi Fələstin üçün daha yaxşı ola bilər” - Mansur

2 Noyabr 2024 09:12

ABŞ prezident seçkilərində Demokratların namizədi Kamala Harrisin qələbəsi Fələstin üçün Donald Trampın hakimiyyətə gəlməsindən daha yaxşı variant ola bilər.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Fələstinin BMT-dəki daimi müşahidəçisi Riyad Mansur danışıb.

O bildirib ki, keçmiş prezident Tramp prezidentliyi dövründə "Fələstin məsələsinə" zərər verən çox şeylər edib.

"Başqa bir namizəd var, Kamala Harris. Ümid edirik ki, o, qalib gəlsə, qlobal mənzərəni daha yaxşı qəbul edəcək və iki dövlətli həll prinsipinə əsaslanan Amerika siyasətinin həyata keçirilməsində fəal rol oynayacaq", - deyə Mansur brifinq zamanı vurğulayıb.

Milli.Az