Kürün səviyyəsi yenə qalxdı
27 May 2010 13:17
Milli.Az xəbər portalı ANS telekanalına istinadən xəbər verir ki, bu gün Kür çayının Surra ərazisindən keçən hissəsində suyun səviyyəsində 3 santimetr artım müşahidə olunub. Bu barədə "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadə jurnalistlərə açıqlamasında bildirib. Araz çayının Horadiz qəsəbəsindən keçən hissəsində isə su sərfi saniyədə 144 kubmetr azalıb.
Ə.Əhmədzadə onu da bildirib ki, Mingəçevir su anbarında suyun həcmi normaldır və hazırda heç bir təhlükə gözlənilmir.
Milli.Az