Rusiyanın Moskva vilayətində azyaşlı qız şokolad çubuğunu yedikdən sonra boğularaq ölüb.
Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Klin şəhəri yaxınlığında Zubovo kəndində baş verib.
Dərdən qayıdan 7 yaşlı məktəbliyə nənəsi şokolad çubuğu verib.
Digər otaqda olan 68 yaşlı az sonra nəvəsini huşsuz vəziyyətdə tapıb. Yaşlı qadın uşağın üzündən qan axdığını görüb. Təşvişə düşən nənə kömək üçün qonşusuna qaçsa da, uşağı həyata qaytara bilməyiblər. Həkimlər gələnə kimi qız yerindəcə keçinib.
İlkin versiyaya görə, şokolad azyaşlının tənəffüs yollarını bağlayıb və o, boğularaq ölüb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun