Müğənni Xatirə İslam "Tik-Tok" sosial şəbəkəsində Bakı şəhərində müşahidə olunan pis qoxudan şikayətlənib.
Milli.Az musavat.com-a istinadən bildirir ki, müğənni bununla bağlı paylaşdığı videoda noyabrda Bakıda keçiriləcək COP-29 tədbirində yarışmaların keçiriləcəyini deyib:
"Şəhərdən olduqca pis iy gəlir. Bunun neft, yoxsa qaz iyi olduğunu bilmirəm, bircə onu bilirəm ki, maşının içində oturmaq mümkün deyil. Əvvəllər belə şeylər olmazdı.
COP tədbiri də yaxınlaşır, buna görə şəhərimizə nə qədər qonaq gələcək, çəkilişlər, yarışmalar olacaq. Sizcə, bu iy nədən olar?"
Müğənninin bu sözləri sosial şəbəkə izləyiciləri tərəfindən gülüşlə qarşılanıb, "hələ də bilmir ki, COP-29 yarışma tədbiri deyil", deyə şərhlər yazılıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun