Bu ölkə “iPhone”dan sonra “Google”da qadağa qoyub

1 Noyabr 2024 17:50

İndoneziya "Google"un "Pixel" telefonlarının satışını qadağan edib.

Milli.Az-ın məlumatına görə, qərarda "Google" telefonlarının yerli məzmun tələblərinə cavab vermədiyi bildirilib.

"Google" qadağan qərarını müzakirə etmək üçün sənaye naziri Agus Gumiwang Kartasasmita ilə görüş istəyib.

Qeyd edək ki, İndoneziya, investisiya öhdəliklərini yerinə yetirmədiyinə görə "Apple" şirkətinin bəzi məhsullarınıda qadağan edib. Buna "iPhone 16" və "Watch Series 10" kimi məhsullar daxildir.

İlqar Şabanov
Milli.Az