Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu Şəhid övladının kiçik toyunda iştirak edib.
Millli.Az bildirir ki, Hüseyn Məhəmmədoğlu rəsmi instagram səhifəsində şou-biznes nümayəndələrini bu gün keçiriləcək Şəhid övladının kiçik toy məclisində təmənnasız iştirak etməyə dəvət edib.
Bu gün isə onun dəvətini görməzdən gələnlərə elə rəsmi hesabında bu sözləri yazıb:
"Deməli, əzizlərim bu gün şəhid övladının kiçik toyu idi. Bacımız şəhidin həyat yoldaşı mənə yazdı ki, vaxtınız olsa, gəlib bir-iki mahnı ifa edərsiniz. Mənim borcumdu deyib sağollaşdım. Dünən və bu gün instaqram səhifəmdə paylaşıb yazdım ki, müğənnilərdən gələ bilən varsa, yazsın. Bir-iki nəfər yazdı ki, gələcəyik, ancaq mənə heç yazmadan da gələn əziz sənətkar qardaşım Eldəniz Məmmədov oldu. Biz son nəfəsimizə kimi sizə borcluyuq qazi qardaşlarımız və şəhid ailələri. Yalandan 8 noyabrda paylaşırsınız vətən sağ olsun". (millishow)
Milli.Az