Gürcüstanda keçirilən parlament seçkilərinə üçüncü dövlətlərin müdaxiləsi olub.
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.
"Bu seçkilər görünməmiş kənar müdaxilələrin, o cümlədən xarici pulların şahidi oldu", - baş nazir bildirib.
Kobaxidzenin sözlərinə görə, Gürcüstan 2025-ci ilin əvvəlində Qərblə münasibətlərini nəzərdən keçirəcək: "Bu, gələn ilin birinci rübündə olmalıdır".
Milli.Az