"Putinin bu planını məhv etdim"

1 Noyabr 2024 20:48

ABŞ-da prezidentliyə namizəd Donald Tramp Rusiyanın "Şimal Axını - 2" laiyihəsinin onun tərəfindən məhv edildiyini bildirib.

Milli.Az publika.az-a istinadla xəbər verir ki, Tramp amerikalı jurnalist Taker Karlsona müsahibəsində "Rusiyanın dostu olduğu" haqda ittihamları cavablandırıb.

Bildirib ki, Rusiyanın əsas layihələrindən olan "Şimal Axını - 2" layihəsinin baş tutmamasını o təşkil edib.

"Qaz kəmərinin inşasına mən mane oldum və bu layihəni məhv etdim. Bunu 2019-cu ildə tikinci iştirakçılarına qarşı sanksiyalar tətbiq etməklə həyata keçirdim. Bunu məndən başqa heç kim edə bilməzdi. Mənim Rusiyanın dostu olduğumu düşünənlər xəstədirlər", - o deyib.

Qeyd edək ki, Ukrayna müharibəsi başladıqdan sonra "Şimal Axını" və "Şimal Axını-2" qaz kəmərləri partladılıb. Rusiya bu hücumda ABŞ-ın əli olduğunu deyir.

Milli.Az