"Azərbaycanda 7069 nəfər elmi dərəcə alıb. Bunlardan 1343 nəfəri elmlər doktoru, 5706 nəfəri isə fəlsəfə doktorudur. Hüquq sahəsində isə cəmi 4 nəfər dissertasiya müdafiə edib".
Milli.Az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında bildirib.
"Bəs 4 nəfərlə prokurorluq üzvlərini seçmək mümkündürmü? Siyahıda olan elmlər doktorları tarix, filologiya, tibb və dəqiq elmləridir. Hüquq azlıqda olan sahədir. Hüquq sahəsində ən böyük elm ocağımız olan Bakı Dövlət Universitetində cəmi 27 nəfər elmlər doktoru var. 30 yaşına qədər olan insanlar hüquq-mühafizə orqanlarına qəbul olunur.
Bu gün Azərbaycanda cəmi 7 nəfər yaşı 50-dən aşağı elmlər doktoru var. Onlar da, yəqin, gəlib prokurorluğa yenidən işləmək üçün ərizə verməyəcək".
Milli.Az