“Tanınmış həkim məni bərbad vəziyyətə qoyub”

1 Noyabr 2024 15:38

Rəqqasə Fatimə Fətəliyevanın  başına iş gəlib.

Milli.Az xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu "İncə səhər" verilişində məlumat verib. 

Fətəliyeva bildirib ki, tanınmış həkim onun dişlərini bərbad vəziyyətə qoyub.

"Tanınmış diş həkiminin yanında getdim. Adını açıqlamayacağam. O, dişlərimi bərbad vəziyyətə qoydu. 6 aydan sonra dişlərimi müalicə edirəm. Çox əziyyət çəkirəm. Üzüm dişimə görə şişib. Gecə mənə müvəqqəti dişlər qoydular ki, səhər sizin verilişinizə gələ bilim. O həkimin adının açıqlayıb pislik etmək istəmirəm. Mən pis insan deyiləm. Əslində, o gün həmin diş həkimi ilə üzbəüz gəldik, baxdım ona istədim, ürək sözlərimi deyim. Onun özünə heç nə deməmişəm. Pulsuz olanda belə olur da... Amma indi pulumu vermişəm, yenidən düzəltdirirəm. Mən dişlərimi o həkimlə reklam qarşılığında düzəltdirdim. Onu instaqramda reklam etdim".

Milli.Az