Yeni bitki növü kəşf edildi - Yalnız bu ölkədə var

2 Noyabr 2024 00:47

Tuncelidə aparılan araşdırmalarda "cəfəri" fəsiləsinə aid yeni bitki növü aşkar edilib.

Milli.Az xəbər verir ki, Pülümür rayonunda aşkar edilən bitkiyə "Heracleum Munzurense" adı verilib.

Bildirilib ki, bitkinin nəslinin kəsilməsi təhlükəsi yüksəkdir.

Dr. Mehmet Yavuz Paksoy kəşf etdikləri bitkini dünyaya tanıtdıqlarını bildirib.

O, kəşflə birlikdə Türkiyədə yayılmış 18 parsiceae fəsiləsinə aid növlərin sayının yeni kəşflə 19-a yüksəldiyini də bildirib.

Nərmin Mahmudova
Milli.Az