Üstündə oturduqları daş 1800 illik tarixi əsər çıxdı - FOTO

1 Noyabr 2024 12:44

Türkiyədə maraqlı hadisə baş verib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Orduda yerləşən və 1968-ci ildə tikilmiş Lələli Mərkəzi Məscidinin bünövrəsinin qazıntısı zamanı daş tapılıb.Tapılan daşı sakinlər 56 il ildir ki, məscid bağçasında oturacaq kimi istifadə ediblərmiş. Sakinlər bu daşın tarixi ilə bağlı heç zaman maraqlanmadıqlarını deyiblər.

Əhəmiyyətli tarixi əsər olduğu müəyyən edilən daş məscid bağçasından çıxarılaraq Ordu Muzeyinə aparılıb.

Fidan
Milli.Az