Uzun müddət ayaq üstə qalmaq sağlamlıq üçün ziyandır.
Milli.Az xəbər verir ki, son tədqiqatlar göstərir ki, uzun müddət oturmaq kimi ayaqda durmaq da ürək sağlamlığı üçün risk yarada bilər. Bununla bağlı Sidney Universitetinin tədqiqatçıları tərəfindən araşdırma aparılıb.
"International Journal of Epidemiology" jurnalında dərc olunan araşdırma, oturma və ayaq üstə durmağın ürək-damar sağlamlığına təsirlərini analiz edib. Tədqiqatda, Böyük Britaniyanın "Biobank"ından 83 min nəfərin məlumatları təhlil olunub. İştirakçıların gündəlik oturma və ayaq üstə durma müddətləri akselerometr vasitəsilə izlənilib. Həmçinin işemik ürək xəstəlikləri, ürək çatışmazlığı, ortostatik qan dövranı pozğunluqları kimi sağlamlıq problemlərinin yaranma ehtimalları araşdırılıb. Nəticələr göstərib ki, uzun müddət ayaqda durmaq ürək-damar xəstəliklərinin qarşısını almaqda təsirli deyil və hətta bəzi hallarda qan dövranı problemləri riskini artırır.
Milli.Az sağlamlığınızı qorumaq üçün bir neçə tövsiyə verir:
Ayaqlarınızı tez-tez dincəltmək
Düzgün oturmaq və hərəkət etmək
Rahat, ortopedik dəstəkli ayaqqabı geyinmək
Mümkünsə, ayaqları bir az yuxarı qaldıraraq qan dövranını tənzimləmək
Milli.Az