Finlandiya saunalara və aviasiyaya olan sevgisi ilə məşhurdur. 57 yaşlı əkiz qardaşlar Ari və Yari Lehtinen bu iki həvəsi birləşdirərək unikal bir ixtira - dünyanın ilk uçan saunasını yaratmağa qərar veriblər.
Milli.Az oxu.az-a istinadən bildirir ki,170 kq çəkisi olan innovativ sauna hava şarı vasitəsilə 2 300 metr yüksəkliyə qalxıb. Uçuş təxminən bir saat davam edib və göyərtədə iki ekipaj üzvü və iki fin saunası həvəskarı olub. "Saunadan daha yaxşı əyləncə yoxdur", - deyə Ari Lehtinen bildirib.
Qardaşlar gələcəkdə onların uçan saunasının populyar turist attraksionuna çevriləcəyini istisna etmirlər.
Qeyd etmək lazımdır ki, bu Lehtinen əkizlərinin ilk qeyri-adi ixtirası deyil. Onlar daha əvvəl sualtı sauna, kətan saunası və öküz dərisi ilə örtülmüş mobil sauna yaradıblar.
Statistikaya görə, 5.6 milyon əhalisi olan Finlandiyada 3 milyondan çox sauna var, yəni təxminən hər iki sakindən birinə bir sauna düşür.
Milli.Az