Uzunömürlülüklə bağlı məsləhətləri ilə tanınan yazıçı Deyv Aspreyin sözlərinə görə, gecə yarısı yuxudan oyanmağın əsas səbəbi qanda şəkərin qəfil düşməsidir.
Milli.Az News24.az-a istinadən xəbər verir ki, qan şəkəri düşdüyü zaman orqanizm stress hormonları olan kortizol və adrenalin ifraz edir. Bu hormonlar insanı oyadır və yuxusuz edir.
Kortizol və adrenalin qaraciyərdə yığılan qlükozanı (qan şəkəri) sərbəst buraxaraq orqanizmi xəbərdar edir. Ancaq xroniki stress altında olduğumuz zaman bu vəziyyət daha da pisləşir. Xroniki stress bu hormonların səviyyəsini daim yüksək tutaraq yuxu rejimini pozur.
"Problem ondadır ki, kortizol və adrenalin sizi oyadır. Beyin istədiyini əldə edərkən, siz yata bilmirsiniz", - Asprey izah edib.
Aspreyin sözlərinə görə, bir çox yuxu mütəxəssisi yuxudan dərhal əvvəl yemək yeməmək barədə xəbərdarlıq etsə də, kiçik və düzgün qəlyanaltı bu problemi həll edə bilər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun