Boşandıqdan sonra özünü tanınmaz dərəcədə DƏYİŞDİ - FOTO

5 Noyabr 2024 02:02

Hollivud aktrisası Natali Portman boşandıqdan sonra imicini kökündən dəyişib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "People" məlumat yayıb.

43 yaşlı Natali Portman Parisdəki Çatelet Teatrında keçirilən 68-ci "Qızıl top" mərasiminə qatılıb.

O, ictimaiyyət qarşısına çıxmaq üçün dərin dekolteli tünd göy məxmər paltar seçib.

Pərəstişkarlarının diqqətini çəkən aktrisa saç düzümü ilə də göz oxşayıb. O, imicini kökündən dəyişib - saçını kare kəsib və onu qıvrımlarla üslub verib.

Martın 8-də məlum oldu ki, Natali Portman xoreoqraf Benjamin Millepied ilə boşanma prosesini tamamlayıb. Aktrisanın nümayəndəsi ktrisanın ötən ilin iyulunda boşanma ərizəsi verdiyini və yalnız fevralda prosesin rəsmən başa çatdığını bildirib.

Milli.Az