Orban bu siyasətçiləri axmaq adlandırdı

1 Noyabr 2024 06:40

Macarıstanın Baş naziri Viktor Orban avropalı siyasətçilərin Moskva ilə danışıqlara getmək istəməməsini barbarlıq hesab edir.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə o, Vyanada "Weltwoche" nəşrinə bildirib.

"Bizə danışıqlar lazımdır. Çox nadir hallarda rabitəsiz müharibələr olur. Bu diplomatik baxımdan barbarlıqdır. Avropanın (Avropalı siyasətçilər - Qeyd) Rusiya ilə danışıqların olmaması ilə kifayətlənməsi barbarlıq və axmaqlıqdır", - deyə o qeyd edib.

Onun sözlərinə görə, Ukrayna öz məqsədinə nail ola bilməyəcək və vəziyyət hər gün daha da pisləşir:

"Ağıllı analitik deyəcək ki, Ukrayna qalib gələ bilməz. Düşüncəli adam deyəcək ki, dayanıb atəşkəsə nail olmaq lazımdır".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun