Pakistan Prezidentinin başına iş gəldi - təyyarədən düşərkən...

31 Oktyabr 2024 23:23

Pakistan Prezidenti Asif Əli Zərdari Dubay Beynəlxalq Hava Limanında təyyarədən enərkən ayağını sındırıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Dawn" nəşri prezident katibliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, hadisə ötən gün baş verib.

Qeyd olunur ki, dövlət başçısı yıxıldıqdan sonra dərhal xəstəxanaya aparılıb və tibbi müayinədən sonra ona gips qoyulub.

Pakistan liderinə tam istirahət təyin olunub. O, dörd həftə ərzində gips taxmalı olacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun