Dünya ixrac reytinqi: Bakı və İrəvan neçəncidir?

31 Oktyabr 2024 22:40

2023-cü ildə qlobal miqyasda bütün ölkələrin ixracı 23,267 trilyon dollar təşkil edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "World's Top Exports" portalı məlumat yayıb.

Bildirilib ki, bu, pandemiyadan öncəki illə (2019) müqayisədə 5% çoxdur.

İxrac yönümlü aparıcı iqtisadiyyatlar (materik Çin, ABŞ, Almaniya, Hollandiya, Yaponiya, İtaliya, Fransa, Cənubi Koreya, Meksika və Honq Konq) dünya ixracının təxminən yarısını (50,2%) təşkil edib.

Reytinqdə Azərbaycan 65-ci (33,8 milyard dollar, 2022-ci ilə nisbətən 11,1% az), Türkiyə 29-cu (255,4 milyard dollardan çox, 2022-ci ilə nisbətən 0,5% çox) yeri tutub.

Ermənistan 2022-ci illə müqayisədə ixracını 57,7% (Rusiyaya sanksiyaların dəlinməsində oynadığı rola görə) artırıb və reytinqdə 104-cü yerdə (8,3 milyard dollardan çox) qərarlaşıb.

Rusiya 19-cu yerdədir (399,2 milyard dollarlıq ixrac, 2022-ci illə müqayisədə 31% az).

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun