La Liqanın təxirə salınan oyunları

31 Oktyabr 2024 22:25

La Liqada daşqın səbəbindən "Valensiya" - "Real" Madrid və bir neçə digər oyun təxirə salınıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, İspaniyanın cənub-şərqində yerləşən Valensiya əyalətində leysan yağışlar və fırtına geniş daşqınlara səbəb olub, ölənlər var.

Valensiyanın bəzi ərazilərini su basdığı üçün yollar dağılıb, elektrik və rabitədə fasilələr yaranıb, körpülər uçulub.

La Liqa noyabrın 2-də keçirilməsi nəzərdə tutulan "Valensiya" - "Real" Madrid və "Vilyarreal" - "Rayo Valyekano" görüşlərini təxirə salıb.

Sequndanın bir neçə oyunu da ertələnib: "Kastelyon" - "Rasinq Ferrol" (3 noyabr), "Eldense" - "Hueska" (3 noyabr), "Levante" - "Malaqa" (4 noyabr) görüşləri başqa vaxta keçirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun