"Bu adam elə bil məni məsciddə görüb alıb" - Afətdən ərinə - VİDEO

31 Oktyabr 2024 14:51

ARB TV-nin "Həmin Zaur" verilişində Afət Fərmanqızı həyat yoldaşından danışdı.

Milli.Az xəbər verir ki,  verlişdə qonaq olan müğənni Afət Fərmanqızı həyat yoldaşı ilə mübahisəsinin səbəbini açıqlayıb:

"Sənət yoldaşlarım "whatsapp" yazışmasında mənə smaylik göndərir, yoldaşım da soruşur o nədir? Sənə niyə "ürək" göndərirlər? İlahiyyat müəlliməsi idim mən? Bu adam elə bil məni məsciddə görüb alıb, mügənniydim də. Mən çətin adam deyiləm. Düz adama çətin demək olarsa, qoy onda çətin olum".

Daha ətraflı video məlumatı təqdim edirik:

Milli.Az