“Soyqırım” bizim üçün prioritet deyil"

31 Oktyabr 2024 13:06

Osmanlı imperiyasında ermənilərə qarşı soyqırımının beynəlxalq səviyyədə tanınması Ermənistanın prioritet vəzifələri siyahısında yoxdur.

Milli.Az xəbər verir ki, bunu nazirliyin rəhbəri Ararat Mirzoyan parlamentin maliyyə-büdcə komissiyasında 2025-ci il üçün büdcə layihəsinin müzakirəsi zamanı deyib.

"Erməni soyqırımının beynəlxalq miqyasda tanınmasına gəlincə, mənim prioritetlərimizi sadalayarkən bu məsələyə toxunmadığımdan güman edə bilərsiniz ki, bu, bizim tariximizin faciəvi səhifələrinin öyrənilməsi məsələsi deyil , Erməni Soyqırımını araşdırmaq və ya məsələni prioritetə ​​çevirmək Ermənistan Xarici İşlər Nazirliyinin gündəliyi deyil", - Mirzoyan bildirib.

Onun sözlərinə görə, prioritet vəzifələr siyahısında Bakı ilə münasibətlərin tənzimlənməsi və sülh müqaviləsinin imzalanması, kommunikasiyaların delimitasiyası və blokunun açılması daxildir.

Nərmin Mahmudova
Milli.Az